Çox sevindiricidir ki, Azərbaycanda aqrar sığorta Türkiyənin dəstəyi ilə formalaşıb – Nazir

15:03 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Aqrar sahənin davamlı inkişafını təmin etmək üçün ən vacib element aqrar siğorta mexanizmidir.

Yeni institusional baza olan Aqrar Sığorta Fondu yaradılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda ilk aqrar siğorta mexanizminin fəaliyyətə başlamasına həsr edilmiş tədbirdə bildirib.

Nazir qeyd edib ki, Aqrar Siğorta Fondu dövlət-özəl əməkdaşlığı prinsipi əsasında formalaşıb: “Çox sevindirici haldır ki, Azərbaycanda aqrar siğorta sistemi qardaş Türkiyənin TARSİM (Kənd təsərrüfatını siğortalama sistemi) təşkilatının təcrübəsi və dəstəyi ilə formalaşıb. Dünyada ən uğurlu aqrar sığorta mexanizmlərindən biri məhz Türkiyənin sahib olduğu TARSİM modelidir”.

 

Bütün xəbərlər