“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri “Azərsu”nun 55 mindən çox abunəçisinə xidmət göstərdi

17:12 - 12.02.2018


12 fevral, Fineko/abc.az. “Azərsu” ASC abunəçilərə göstəriən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görür.

“Azərsu” ASC-dən verilən məlumata əsasən,  xidmətlər “ASAN xidmət” və “ASAN Kommunal”  mərkəzləri vasitəsilə göstərilir.

“2017-ci ildə  “ASAN xidmət” və “ASAN Kommunal”  mərkəzlərinə 55092  müraciət daxil olub. Müraciətlərin  26793-ü “ASAN xidmət”, 28299-u isə  “ASAN Kommunal”  mərkəzlərində qeydə alınıb”, - məlumatda belə deyilir.

“ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb.

 

Bütün xəbərlər