Onlar bizi öldürdükdə oturub gözləməli idik? – İlham Əliyev

16:28 - 4.11.2020


4 noyabr, Fineko/abc.az. Onlar Gəncə və Bərdə şəhərlərində terror hadisəsi törətməklə xalqı qorxutmağa çalışırdılar, lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib. Dövlət başçısı jurnalistə xronologiyanı xatırlamağı və ona nəzər salmağı bildirib.

"Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik" deyə dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər