Azərbaycan prudensial tənzimləməni beynəlxalq standartlara uyğunlaşdırır

17:32 - 12.02.2018


12 fevral, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasında  2017-ci ildə həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunmuş iclas keçirilib.

İclas gedişatında Palatanın Baş icraçı direktoru İbrahim Alışov bildirib ki, 2017-ci ildə uzunmüddətli requlyativ tədbirlər həyata keçirilmişdir.

“Palata bu məqsədlə prudensial tənzimləmə sənədlərinin beynəlxalq təcrübəyə  uyğunluğuna yönəldilmiş layihələr işəyib hazırlayıb və bu proseslər davam etdiriləcək. Yeni requlyativ çərçivənin formalaşdırılması zamanı maliyyə bazarları iştirakçılarının mövqeyinə Palata tərəfindən xüsusi diqqət ayrılıb, sektoral assosiasiyalar çərçivəsində  müzakirələr aparılıb”, - İ.Alışov belə deyib.

 

 

Bütün xəbərlər