Düşmən yaşayış məntəqələrimizi atəşə tutub

09:32 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub. ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. "Səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb",- MN-dən qeyd edilib.
Bütün xəbərlər