Ermənistan yenə dövlət sərhədimizdə atəşkəsi pozub – Müdafiə Nazirliyi

10:08 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 4:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

 

Bütün xəbərlər