Putin Qarabağdan danışdı – Biz regiondakı insanları qane edəcək nəticə tapacağıq

10:56 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazdakı münaqişələrdən danışaraq bunun sona çatmasının tərəfdarı olduğunu bildirib.

ABC.AZ-ın məlumatına görə, Rusiya lideri bunu Milli Birlik Günündə dini birliklərin nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, Rusiya Cənubi Qafqazdakı münaqişəni sona çatdırmaq üçün özündən asılı olan hər şeyi edir və bir-birinə qarşı duran, eyni zamanda öz məqsədlərinə çatmaq üçün bir-birinə silahlardan nişan alan insanların həyatını qorumağa çalışır.

"Bizim dərin inamımıza görə, danışıqlar prosesi nəticəsində münaqişənin dinc həll yolu tapıla bilərdi, Rusiya həm Ermənistan, həm də Azərbaycanla təmasdadır. Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə nail olacağıq”, - deyə Vladimir Putin bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər