Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara yardım olunacaq – Yeni qərar

11:37 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edilib ki, bu qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir.

Bütün xəbərlər