Azərbaycanda sadələşdirilmiş verginin hesablanmasının məbləği dəyişdirilə bilər

14:27 - 13.02.2018


13 fevral, Fineko/abc.az.  “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfrans əsnasında deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanda vergi qanunvericiliyinə yeni düzəlişlər hazırlanmalıdır.

“Azərbaycanda sadələşdirilmiş verginin səviyyəsi olduqca aşağıdır və bunun səbəbi ondan ibarətdir ki, həmin vergiyə, ticarət dövriyyəsi 200 min manatdan yuxarı olmayan sahibkarlar aid edilir. 

Baxmayaraq ki, milli valyutanın  məzənnəsində dəyişikliklər baş vermişdir, 200 min manat həcmində dövriyyəyə baxılmamışdır və buna görə də mən hesab edirəm ki, Vergilər Nazirliyi bu məbləğə yenidən baxmalı və bu məbləği 300-400 min manata çatdırmalıdır”, - V.Əhmədov belə deyib.

Bütün xəbərlər