Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir – İlham Əliyev

14:36 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir".

 

Bütün xəbərlər