Paşinyanla çoxsaylı görüşlərim olub, onların hamısı tamamilə səmərəsiz olub – İlham Əliyev

14:59 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, jurnalistin “Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur?” sualına İ.Əliyev belə cavab verib:

“Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq”.

 

Bütün xəbərlər