Paşinyan hakimiyyətə gələndən bir il sonra fərqli sözlər dedi – İlham Əliyev

15:18 - 5.11.2020


5 noyabr, Fineko/abc.az.  Bildiyiniz kimi Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdəki ilk aylarda söylədiklərinə və sonrakı illərdə dediklərinə toxunub:

“Bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır”.

 

Bütün xəbərlər