Yoluxma da, ölənlər də artdı – Günün statistikası

15:50 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Azərbaycanda koronavirusa 1364 yeni yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, son sutkada 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər isə vəfat edib.

 

 

Bütün xəbərlər