Energetika sahəsi üzrə məlumatların vahid bazası yaradılacaq – Yeni layihə

16:01 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Energetika Nazirliyi energetika sahəsi üzrə məlumatların vahid bazasını yaradır.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, Energetika Nazirliyi energetika sahəsi üzrə mövcud olan məlumatların dinamikasının və vahid bazasının yaradılması, energetika sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət (siyahı üzrə) müəssisələri və eləcə də enerji istehlakında əhəmiyyətli paya malik müəssisələr (siyahı üzrə) tərəfindən müxtəlif dövriliklə təqdim olunan məlumatların operativliyinin təmin olunması üçün tender keçirir.

Tenderdə qalib gələcək şirkət həm də məlumatların elektron emalı, yanacaq-enerji balansı (YEB) üzrə müəyyən olunmuş proqnoz göstəricilərlə faktiki göstəricilər arasında fərqin avtomatik müəyyən olunması və komanda əsasında çıxış cədvəllərinin, diaqram və qrafiklərin avtomatik rejimdə hazırlanmasına dair proqram təminatı həyata keçirməlidir.

 

Bütün xəbərlər