Azərbaycanda vergi yoxlamaları azaldılacaq

15:14 - 13.02.2018


13 fevral, Fineko/abc.az.  Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov vergi yoxlamalarını azaldacağını söz verib.
“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən konfrans zamanı nazir bildirib ki, vergi yoxlamalarının sayı azaldılacaq.   
“Lakin bu, nəzarətin zəifləyəcəyi  demək deyil. Yaradılmış şərait qarşılığında dövlət vergi ödəyicilərindən şəffaflıq tələb edir. İkili mühasibatın aparılması,  kölgə iqtisadiyyatı, vergilərdən yayınma yolverilməzdir. Biz, biznes yoxlamalarını azaldacağıq. Bizim məqsədimiz, sanksiyalar  tətbiq etmək deyil,  lakin,  biznesin kiçik və ya iri  olmasından asılı olmayaraq,  qanun pozanlar barəsində sanksiyalar tətbiq ediləcək və bu  birmənalıdır”, - nazir belə deyib

Bütün xəbərlər