Türkiyədə peyvənd sınaqdan keçirildi – Nəticələr gələn il bilinəcək

17:19 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Türkiyənin Erciyes Universiteti Peyvənd İnkişaf Etdirmə və Araşdırma Mərkəzində Səhiyyə Nazirliyinin dəstəyilə “COVID-19”a qarşı istehsal olunan “ERUCOV-VAC” inaktiv peyvənd namizədinin sınaqları başlanılıb.

ABC.AZ xəbər verir ki, peyvəndin ilk dozası universitetdə bir könüllüyə verilib.

“COVID-19”a qarşı hazırlanan “ERUCOV-VAC” peyvənd namizədinin periklinik tədqiqatlarının tamamlandığı və 1-ci mərhələ sınaqların gələn ilin yanvar ayının əvvəlində tamamlanacağı ildirilib.

 

Bütün xəbərlər