Neft ucuzlaşmaqda davam edir, Brent bir barelə $39,92 təşkil edir

10:12 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Dünyada COVİD-19 xəstəliyinin artması və yeni karantin tədbirləri ilə əlaqədar tələbatın pisləşməsi fonunda cümə günü neft ticarətində azalma davam edir.

Saat 9:30-da London ICE Futures fyuçers birjasında Brent markalı neftin yanvar fyuçersi $1,01 (2,47%) – barrel başına $39,92-ə qədər aşağı düşüb. Noyabrın 5-də hərracların nəticələrinə görə, Brent-in yanvar fyuçersləri $0,30 (0,73%), bir barelə $40,93 qədər ucuzlaşıb.

Saat 9:30-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçers ticarətində $1,02 (2,63%) – bir barelə $37,77-a düşdü. Noyabrın 5-də hərracların nəticələrinə görə, dekabr fyuçersləri $0,36 (0,92%) - $38,79-a düşdü.

Diqqət mərkəzində hələ nəticəsi açıqlanmayan ABŞ prezident seçkiləri qalır. Son məlumatlara görə, Demokrat Partiyasından olan namizəd Co Bayden, tələb olunan 270 səsdən 264 seçici kollec səs toplayaraq, 214 səs toplayanTrampdan irəlidədir.

Bu həftənin əvvəlindən, OPEK+ ölkələrinin 2021-ci ilin əvvəlinə nəzərdə tutulan neft hasilatına qoyulan məhdudiyyətlərin bir hissəsini təxirə salacağı gözləntisinə əsasən, Brent 11%, WTI  – 8%-dən çox bahalaşmışdır.

 

Bütün xəbərlər