WhatsApp-da yeni funksiya – Mesajlar 7 gündən sonra yox olacaq

10:28 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. “WhatsApp” tətbiqi yeddi gündən sonra mesajların itməsi ilə bağlı rejimi işə salıb.

ABC.AZ xəbər verir ki, bundan sonra çatdakı yeni mesajlar yeddi gündən sonra yox olacaq.

Şəxsi çatda hər kəs yoxa çıxan mesajları aktivləşdirə və ya söndürə bilər. Qrup söhbətlərində bunu admin edə bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər