Azərbaycanda teleradio günüdür

10:57 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycanda televiziya və radio günü kimi qeyd olunur.

ABC.AZ-ın məlumatına görə, 1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlanıb.

Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

 

Bütün xəbərlər