Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat – Quruma müşavir gəldi

11:11 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunda yeni təyinatlar olub.

ABC.AZ xəbər verir ki, Akşın Cahangirov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Akşın Cahangirov 1995-2001-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və maliyyə təhlili ixtisasını bakalavar və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib. O daha əvvəl həm özəl həm də dövlət təşkilatlarında rəhbər vəzifələri tutub. Beləki, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC, “Ata Sığorta” ASC kimi özəl şirkətlərdə və həmçinin, qiymətli kağızlar bazarının mərkəzi institutu olan “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi”ndə,  Bütün Maliyyə Bazarlarına Nəzarət edən “Maliyyə Bazarlarına Nəzarət Palatası” PHŞ qeyri-həyat sığortasına nəzarət idarəsində və son təyinata qədər isə “Günay Sığorta” ASC-də rəhbər vəzifələrdə çalışıb.

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər