Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı mühüm açıqlama

11:19 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Azərbaycan torpaqlarının erməni işğalından azad etmək üçün aparılan hərbi əməliyyatlara baxmayaraq, ölkə təbii qazın Cənubi Avropaya çatdırılması üzrə planlarından çəkinməyəcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, artıq bu ay Trans-Adriatik Boru Kəməri (TAP) ildə 10 mlrd. kubmetr Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdıniz" qaz-kondensat yatağında hasil edilən qazın qəbulu üçün hazır olacaq.

"Cəmi iki həftədən sonra infrastrukturun (Cənub Qaz Dəhlizi – red.) yeni hissəsi artıq hazır olacaq", - TAP-ı nəzərdə tutaraq E. Nəsirov qeyd edib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya bu ilin sonunadək çatdırılacağı nəzərdə tutulur.

 

Bütün xəbərlər