“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” növbədənkənar yığıncaq keçirəcək

12:02 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, yığıncaq dekabrın 21-də, saat 10:00-da şirkətin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2021-ci il üçün büdcəsinin təsdiq edilməsi və digər məsələlər daxidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər