Ordumuz düşmənin “Vətən” qruplaşmasını məhv edib

12:14 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb.

Ölənlərin olduğu istisna edilmir. Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bildirilir.

Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

 

Bütün xəbərlər