Bir gündə koronavirusdan 22 ölüm – Gürcüstanda vəziyyət pisləşir

12:34 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən rekord sayda artım olub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 2.775 yeni yoluxma qeydə alınıb.

Bu gün virusdan 22 nəfərin ölməsi ilə bərabər ümumilikdə 423 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən 3560 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 51.993 nəfərə çatıb.

Onlardan 37.019 nəfəri isə tam olaraq sağalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər