Azərbaycan Meliorasiya və Su Təsərrüfatı bu şirkətə 2 milyon manatdan çox pul verəcək – Detallar

14:48 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, qurum “Fərhad” MMC-ni qalib elan edib. Şirkət bundan sonra Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və II Şıxlı kəndlərinin əkin sahələrinin su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası ilə məşğul olacaq.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC qalib şirkətə 2 milyon 425 min manat ödəyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər