İki şəhər və 8 rayonda karantin sərtləşdirildi – Siyahı

15:14 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, qərara əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır. Fəaliyyəti dayandırılmayan sahələr hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti, digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində), səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri, kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), yük daşımaları və logistika xidmətləri, fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələridir.

 

Bütün xəbərlər