330x110
 

Karantin olan ərazilərdə sahibkarlara maliyyə dəstəyi belə göstəriləcək – Qaydalar

06.11.2020,16:06


6 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi səbəbindən sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalar həyata keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən şəhər və rayonlarda sahibkarla maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac yoxdur.

Belə ki, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək.

Maliyyə dəstəyi son 4 ayda işçi sayını əhəmiyyətli dərəcədə azaltmamış vergi ödəyicilərinə göstəriləcək. Əmək haqqı üzrə ödəmələrdə vergi ödəyicilərinin sosial sığorta ayırmaları də nəzərə alınacaq.

Müəllif: Elmir Murad