Azərbaycan İrandan quşçuluq məhsullarının gətirilməsinə qadağa qoydu

16:48 - 13.02.2018


13 fevral, Fineko/abc.az.  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edir.
Nazirlikdən verilən məlumata əsasən,  Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınmışdır. 
“Quş qripi İtaliya, Koreya Respublikası, Konqo, İraq, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və hətta İranda, xüsusilə, İranın Azərbaycanla həmsərhəd  regionlarında qeydə alınıb. Bununla əlaqədar “quş qripi” xəstəliyi yayılmış ölkələrdən və regionlardan, o cümlədən  İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulmuşdur”, - məlumatda belə deyilir.

Bütün xəbərlər