Düşmən Tərtər və Ağcabədinin kəndlərini atəşə tutub

10:30 - 7.11.2020


7 noyabr, Fineko/abc.az.  Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

 

Müdafiə Nazirliyindən  ABC.AZ-a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

 

Bütün xəbərlər