Ermənistan növbəti dəfə dövlət sərhədində atəşkəs rejimini pozub

08:52 - 8.11.2020


8 noyabr, Fineko/abc.az.  Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Bu barədə ABC.AZ Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

 

Bütün xəbərlər