Rəcəb Tayyib Ərdoğan Şuşanın azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

17:31 - 8.11.2020


8 noyabr, Fineko/abc.az.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın qəlbi Şuşanın azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

ABC.AZ xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kocaeli təşkilatının konqresindəki çıxışında Şuşanın işğaldan azad edildiyini bildirərək deyib: “Şuşa zəfərini təbrik edirəm. Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir”.

Türkiyə Prezidenti qeyd edib ki, işğal altındakı torpaqlarını və Qarabağı addım-addım azad edən azərbaycanlı qardaşlarımızın sevinci bütün türk xalqının sevincidir.

Bütün xəbərlər