MN: Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır

15:55 - 8.11.2020


8 noyabr, Fineko/abc.az.  Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Bu barədə ABC.AZ Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir" - deyə, məlumatda qeyd olunub.

Bütün xəbərlər