Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi

16:40 - 8.11.2020


8 noyabr, Fineko/abc.az.  Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Bu barədə ABC.AZ Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.

 

https://youtu.be/VPFFImi3DQw

Bütün xəbərlər