Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

09:33 - 9.11.2020


9 noyabr, Fineko/abc.az.  Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

 

Bu barədə ABC.AZ Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Bütün xəbərlər