Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib

15:23 - 9.11.2020


9 noyabr, Fineko/abc.az.  Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.

 ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib", - məlumatda qeyd edilib.

Bütün xəbərlər