Düşmənin döyüş texnikaları məhv edilir

13:57 - 9.11.2020


9 noyabr, Fineko/abc.az.  Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib.

Həmin anları əks etdirən videogörüntülər təqdim edilir. https://www.youtube.com/watch?v=d_aVyCGNqOE&feature=youtu.be

 

Bütün xəbərlər