Qarabağda rus sülhməramlıları yerləşdiriləcək – 1960 hərbçi

10:21 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunub.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı bəyanat imzalanıb.

Bəyanata əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 odlu silahlı hərbi qulluqçusundan , 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.

Sənədin 4-cü bəndində isə qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdiriləcək.

 

Bütün xəbərlər