Naxçıvandan Azərbaycana yeni quru yolu olacaq – Tarixi addım

10:52 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev xalqa müraciətində Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin imzalanmış üçtərəfli bəyanatda əksini tapdığını vurğulayıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısı daha sonra vurğulayıb: "Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı".

 

Bütün xəbərlər