Gürcüstan Prezidenti imzalanan bəyanatdan yazdı – Qafqazda yeni era başlayır

14:33 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabında Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi barədə paylaşım edib.

ABC.AZ-ın məlumatına görə, Gürcüstan prezidenti Ermənistan və Azərbaycanı faciəvi müharibənin başa çatması münasibətilə təbrik etdiyini yazıb.

O qeyd edib ki, artıq Qafqazda yeni era başlayır.

“Mən dostlarımız Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm. Qurbanların ailələrinə başsağlığı verirəm. Sülh və stabilliyin alternativi yoxdur. Biz birlikdə əməkdaşlığın yeni səhifəsinə başlayırıq”.

 

Bütün xəbərlər