Azərbaycan 2025-ci ildə 100 min tona qədər sitrus meyvələri istehsal edəcək

12:14 - 14.02.2018


14 fevral, Fineko/abc.az.  Azərbaycan prezidenti İlham Əliyev sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramını təsdiq edib.
Dövlət Proqramının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.
Dövlət Proqramının  tələblərinin maliyyələşməsi dövlət büdcəsi, büdcədənkənar fondlar, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri, yerli və xarici investisiyalar,qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına təmin ediləcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər