DİN sürücülərə çağırış etdi – Bu qaydalara əməl edin

14:49 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarna müraciət edib.

ABC.AZ xəbər verir ki, müraciətdə torpaqlarımızın işğaldan tam azad olunması və qazanılan qələbə ilə bağlı xalqa müraciət hər birimizin böyük sevincinə səbəb olduğu və gecə saatlarından başlayaraq vətəndaşlarımızın küçələrə axışaraq bu möhtəşəm qələbəni coşqu və fərəh hissi ilə qeyd etdiyi qeyd edilib.

"Lakin müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-isifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Sözsüz ki, belə hallar vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olur. Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik" deyə müraciətdə bildirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər