Bu Rusiyanın Azərbaycanda hərbi baza yaratması kimi qiymətləndirilməməlidir – Deputat

15:03 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili regionda Rusiya və Türkiyə sülhməramlı qüvvələrinin yerləşdirilməsinə münasibət bildirib.

ABC.AZ xəbər verir ki, deputat münaqişənin tənzimlənməsi ilə bağlı imzalanan sənəddə mühüm bəndlərdən biri də sülhməramlı qüvvələrin yerləşdirilməsi olduğunu qeyd edib.

O bildirib ki, münaqişə zonasında kiçik sayda və yüngül silahlarla təchiz olunmuş Rusiya və Türkiyə sülhməramlı qüvvələri razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcəklər: "Bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməməlidir. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq. Əsas qalib isə Azərbaycandır! İndidən sonra regionda heç bir qüvvə Azərbaycanın maraqlarına qarşı çıxa bilməz! Regionun ən güclü ölkəsi bizik!”.

 

Bütün xəbərlər