Qardaş Türkiyə hər zaman var olsun! – Nazirlikdən paylaşım

15:22 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi Mudtafa Kamal Atatürkün vəfatının ildönümü ilə bağlı qurumun tvitter hesabında paylaşım edib.

ABC.AZ xəbər verir ki, paylaşımda bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının ildönümü olduğu qeyd olunub.

"Dahi şəxsiyyət Atatürkü dərin hörmət və rəhmətlə anırıq. Sevinc və kədərimizi bir yaşadığımız qardaş Türkiyə hər zaman var olsun!”, - deyə paylaşımda vurğulanıb.

 

Bütün xəbərlər