Şuşada yaradıcı sənayelərinin inkişafı potensialı böyükdür – Vüsal Qasımlı

15:56 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Şuşa yenidən təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaradıcı sənayenin mərkəzinə çevriləcək.

ABC.AZ xəbər verir ki, bunu Şuşanın azad olunması münasibətilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  icraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, yaradıcı və mədəniyyət sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir: “Yaradıcı sektor iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən yaradıcı sənaye sahələrinə musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, xalçaçılıq, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir. Bu mənada Şuşada yaradıcı və mədəniyyət sənayelərinin inkişafı potensialı böyükdür”.

 

Bütün xəbərlər