Güzəşt tətbiq olunacaq kənd təsərrüfatı texnikaları – Siyahı

16:26 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, yükləyici ekskvatorlar güzəşt tətbiq ediləcək texnikaların siyahısından çıxarılıb. Bununla yanaşı yaşıl yem yetişdirən texnoloji avadanlığa isə güzəştlər tətbiq olunacaq.

Güzəşt tətbiq olunacaq meyvə-tərəvəz və kartof üçün soyuducu anbar dəstlərinə dair şərtlər də konkretləşib. Həcmi 7000 kubmetrdən artıq olmayan meyvə-tərəvəz üçün soyuducu anbar dəstləri, həcmi 6000 kubmetrdən artıq olmayan kartof üçün soyuducu anbar dəstlər, soyuducu anbar üçün texnoloji avadanlıqlar və həcmi 3000 kubmetrdən artıq olmayan heyvandarlıq məhsullarının saxlanması üçün avadanlıq və soyuduculara güzəşt tətbiq ediləcək.

 

Bütün xəbərlər