İlham Əliyev Azərbaycanın sosial müdafiəsinin yaxşılaşdırılması üçün 15,3 milyon manat ayırdı

14.02.2018,12:24


14 fevral, Fineko/abc.az.  Azərbaycan prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün sərəncam verib. 
Sərəncama əsasən, bir sıra sosial təyinatlı obyektlərdə (http://www.president.az/articles/27040  - layihələrin siyahısı) tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə, 2018-ci il dövlət büdcəsindən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 15 297 900 manat ayrılacaq.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

Açar sözlər: İlham Əliyev