DİN vətəndaşlara səsləndi – Saat 21:00-dək küçədəki hərəkətlərinizi bitirin

17:23 - 10.11.2020


10 noyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

ABC.AZ xəbər verir ki, müraciətdə ölkədəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edildiyi qeyd olunub.

Daha sonra bildirilib:  "Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın".

 

Bütün xəbərlər