Ərdoğan və Putin Dağlıq Qarabağda əldə olunan razılaşmanı müzakirə edib – Detallar

10:19 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

ABC.AZ-ın məlumatına görə, tərəflər əldə edilən bu mühüm fürsətin ədalətli və davamlı sülh ilə bölgədə sabitliyin qorunması üçün istifadə edilməli olduğunu qeyd edib.

Ərdoğan bu nöqtədə ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatda qeyd edilən bəndlərə riayət etməsi olduğunu vurğulayıb.

O, Türkiyənin də Ermənistan işğalından azad edilən torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə təsis olunacaq ortaq mərkəzdə Rusiya ilə birlikdə atəşkəs üçün nəzarət və müşahidə fəaliyyətində olacağını, dolayı yolla bu məqamda Rusiya tərəfinə də mühüm bir məsuliyyət düşdüyünü dilə gətirib.

 

Bütün xəbərlər