Bir ayda qiymətləri bahalaşan ərzaqlar - Siyahı

14:36 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin oktyabr ayında istehlak qiymətləri indeksi barədə bəzi göstərociləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, oktyabrda sentyabr ayı ilə müqayisədə 100,2%, ötən ilin oktyabr ayına nisbətən isə 102,3% olub.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,3%, ötən ilin oktyabr ayına nisbətən isə 104,4% təşkil edib.

Oktyabrda sentyabrla müqayisədə ayrı-ayrı ərzaq məhsullarından daha çox artım uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin qiymətlərində müşahidə olunub.

Elmir Murad

Bütün xəbərlər