Ərdoğan Qarabağa qaytarılacaq azərbaycanlılardan danışdı

14:59 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Türkiyə xalqı qardaş Azərbaycanın yaşadığı həyəcanı bu günlər ərzində yaşayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

O qeyd edib ki, bu həyəcanı Azərbaycanla birlikdə yaşadıq.

“Bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizi ortaya qoyduq deyən Ərdoğan bildirib ki, bundan sonra da “bir millət, iki dövlət” olaraq bu yolla yürüyəcəyik. "Necə ki, bu gün əkilən zeytun fidanları ağac olacaqsa, yüz minlərlə zeytunu azərbaycanlı qardaşlarımız toplayacaqsa, bundan sonra da Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq” deyə Türkiyə prezidenti vurğulayıb.

 

Bütün xəbərlər